Üç ayda Azərbaycan xaricə bu qədər mal satıb

10:51 - 1.05.2023


1 may, Fineko/abc.az. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın aprel sayına əsasən, 2023-cü ilin yanvar-mart aylarında Azərbaycanın ümumi ixracı 7,7 milyard ABŞ dolları təşkil edib.

ABC.AZ-ın məlumatına görə, sözügedən dövrdə  qeyri-neft sektoru üzrə ixrac isə 912,2 milyon ABŞ dolları olub.

Qeyri-neft sektoru üzrə ixrac 2022-ci ilin üç ayı ilə müqayisədə 23,2% artıb.