“MKT İstehsalat Kommersiya” ixracı xeyli azalıb

17:15 - 28.04.2023


28 aprel, Fineko/abc.az. Azərbaycanın pambıq istehsalçısı “MKT İstehsalat Kommersiya” MMC 2023-cü ilin yanvar-mart ayında qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk yeri tutub.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, bu ilin 3 ayında “MKT İstehsalat Kommersiya” tərəfindən 29.1 milyon dollarlıq məhsul ixrac edilib.

“MKT”nin ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1.6 dəfə azalıb. Şirkət 2022-ci ilin yanvar-mart ayında 47.1 milyon dollarlıq məhsul ixrac etmişdir.

Xatırladaq ki, Şirkətin əsas fəaliyyət istiqaməti ölkənin 20 pambıqçılıq rayonunun 15-də pambığın yetişdirilməsi, tədarükü və daha sonra səhm nəzarət paketinə malik olduğu pambıqtəmizləmə müəssisələrində emalından ibarətdir.