“Baku Steel Company” ixracı artırıb - Hesabat

17:05 - 28.04.2023


28 aprel, Fineko/abc.az. “Baku Steel Company” xaricə 12.6 milyon dollarlıq məhsul ixrac edib.

ABC.AZ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, 2023-cü ilin birinci rübündə metallurgiya sənayesinin əsas fiqurlarından olan “Baku Steel Company” QSC xaricə 12.6 milyon dollarlıq məhsul ixrac edib. İxracın həcmi illik müqayisədə ikiqat artıb.

“STP Global Cable” MMC isə ixracı kəskin artırmaqla 14.4 mln. manata yüksəldib. Ötən ilin eyni dövründə 220 min dollar idi.

Sumqayıt Texnologiyalar Parkının Kabel Zavodu regionun ən iri, yüksək texnologiyaya malik kabel istehsalçılarından biridir.