Zeytun yağı bu səbəbdən kəskin bahalaşıb

12:03 - 26.04.2023


26 aprel, Fineko/abc.az. İspaniyada yağıntıların qeyri-kafi olması dünyanın ən böyük zeytun yağı istehsalçısında məhsulu yarıya endirərək zeytun yağının qiymətlərini tarixi rekord səviyyələrə çatdırıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, İspaniyada istehsal olunan zeytun yağı rekord qiymətə - 5,4 Avro/kq-a çatır.

İspan fermerləri normal olaraq qlobal zeytun yağı istehsalının yarısını həyata keçirirlər. "Financial Times"ın yaydığı məlumata görə, ölkənin zeytun yağı istehsalı son 12 ayda yarı azalaraq 780.000 tona düşüb.

Zeytun yağının qiymətləri isə 2022-ci ilin iyun ayından etibarən İspaniyada və ümumilikdə Avropada quraqlıq dövrünə görə təxminən yüzdə 60 artaraq kiloqramı 5,4 Avroya çatıb.