Çindəki “iPhone 14” istifadəçiləri “Apple” şirkətini kütləvi şikayət etdi

14:50 - 19.04.2023


19 aprel, Fineko/abc.az. “Apple” şirkəti Çindəki “iPhone 14” smartfon istifadəçiləri tərəfindən kütləvi şikayətə məruz qaldıqıalrını açıqlayıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, şikayətlər əsasən, cihazın öz-özünə sönüb yanması ilə bağlıdır. Telefon bunu gündə 1-2 dəfə tez-tez edir.

İstifadəçilərin fikrincə, telefonun tez-tez sönməsi və yenidən qoşulmasının səbəbi proqram təminatı deyil, əksinə aparatla bağlıdıdr.

İnsanların satıcılara müraciət etməsi təbiidir, lakin onlar müxtəlif səbəblərdən təmirdən imtina edirlər. “Apple”ın özü və onun rəsmi nümayəndələri hələlik problemlə bağlı şərh verməyiblər.