Azərbaycan mobil internetin sürətinə görə 54-cü yerdədir

10:45 - 18.04.2023


18 aprel, Fineko/abc.az. Bu ilin mart ayında Azərbaycan mobil internetin sürətinə görə 140 ölkə arasında 39,46 MB/S sürətlə 54-cü yerdə qərarlaşıb.

ABC.AZ xəbər verir ki, bu barədə “Speedtest Global Index” məlumat yayıb.

Sözügedən məlumatda qeyd edilib ki, Azərbaycan bu ilin fevral ayına nisbətən 3 pillə irəliləyib.

Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ, 178,25 MB/S), sonuncu – 137-ci yeri isə Kuba (3,44 MB/S) tutub.

Ötən ay Azərbaycan sabit genişzolaqlı internetin median sürətinə görə isə dünyada 118-ci yerdə qərarlaşıb. Bu isə əvvəlki ayla müqayisədə 1 pillə geriləməkdir. Martda ölkədə sabit genişzolaqlı internetin median sürəti 27,84 MB/S olub.

Sabit genişzolaqlı internetin sürəti ilə bağlı araşdırma 180 ölkədə aparılıb. Birinci yeri Sinqapur (235,4 MB/S), sonuncu yeri isə Kuba (1,84 MB/S) tutub.