“Google” istifadəçilərinin hesablarına təsadüfən pul yatırıb

15:42 - 10.04.2023


10 aprel, Fineko/abc.az. “Google” istifadəçilərin hesablarına təsadüfən pul yatırıb. Bəzi istifadəçilərin hesablarında bir neçə dollar olduğu halda, bəzilərinin min dollara qədər qalxdığı müşahidə edilir.

ABC.AZ xəbər verir ki. Bu barədə “Independent” məlumat yayıb. Şirkətdən daha sonra qeyd edilib ki, istifadəçilərə edilən bildirişlərdə bu ödənişlərin “Google Pay” pul köçürmə sistemini sınaqdan keçirtdikləri üçün verilən mükafatlardır.

Şirkət əslində bu mükafatları öz məhsul tərtibatçılarına göndərmək istəyib. Buna baxmayaraq, mükafat da səhv nəticəsində sıravi istifadəçilərə göndərilib.

“Google” saxta ödənişlərdən sonra istifadəçilərinə vəziyyəti izah edən e-poçtlar göndərilib.