Azərbaycan daha Qazaxıstan nefti nəql edə bilər – Razılaşma

16:10 - 7.04.2023


7 aprel, Fineko/abc.az. Azərbaycan ərazisi ilə Qazaxıstan neft və neft məhsullarının tranzitini həyətə keçirilməsi məsələləri ilə bağlı işçi qrupunun üçüncü iclasının qısa zamanda keçirilməsi məsələsi tərəflər arasında razılaşdırılıb.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu barədə Bakıda keçirilən Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının 19-cu iclasının nəticələrinə görə imzalanmış Protokolda deyilir.

“Tərəflər neft və neft məhsullarının nəqli sahəsində əməkdaşlığın davam etdirilməsi barəsində razılığa gəlib”, - sənəddə qeyd olunur.

Vurğulanır ki, Azərbaycan tərəfi daha çox Qazaxıstan neftinin həcmlərini nəql etməyə hazırdır.

“Tərəflər enerjiyə qənaət və enerji səmərəliliyi sahəsində əməkdaşlığın inkişafı və bilik və mütərəqqi təcrübə mübadiləsi barəsində razılığa gəlib”, - sənəddə bildirilir.