Veysəloğludan qiymət artımı ilə bağlı açıqlama

15:27 - 7.04.2023


7 aprel, Fineko/abc.az. 2023-cü ilin mart ayı üzrə Veysəloğlu Şirkətlər Qrupunun müştərilərinin ən çox aldığı məhsulların qiymətində keçən ilin mart ayına nisbətən 14.5% artım müşahidə edilib.

ABC.AZ-ın məlumatına görə, tez köhnələn qida məhsullarının qiymətində keçən ilin yanvar ayına nisbətən 18.3% artım, quru, dondurulmuş qida məhsullarının, şirniyyat və spirtsiz içkilərin qiymətində 14.8% artım, spirtli içkilər və tütün məmulatlarının qiymətində 4.7%, gigiyena və təmizlik vasitələrinin qiymətində isə 15.7% artım izlənilib.

Qeyd edək ki, indeks inflyasiyanın göstəricisi deyil. Məlumatı paylaşmaqda məqsəd maliyyə qurumlarına maraqlı ola biləcək məlumatları vermək və ümumi müştərilərə aylıq məhsul alışı üçün büdcə planlamalarında dəstək olmaqdır.