17:17 - 6.04.2023
6 aprel, Fineko/abc.az. Cari ilin yanvar ayı ərzində Azərbaycana 2 milyon 289.5 min dollar dəyərində 3177 ton banan idxal edilib.
Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, bu göstəricinin həcmi ötən ilin yanvar ayı ilə müqayisədə həcm baxımından 19.3% və ya 760 ton, məbləğ baxımından isə 19.3% və ya 545.5 min dollar azalıb.
Ötən ilin müvafiq dövründə ölkəyə 2 milyon 835.7 min dollar dəyərində 3937 ton banan gətirilib.
Qeyd edək ki, hesabat dövründə bananın bir kiloqramının orta idxal qiyməti 0.72 dollar( 1.22 AZN) təşkil edib.
Xatırladaq ki, bananın 100%-i Cənubi Amerika ölkəsi olan Ekvadordan idxal edilib.
21 Avqust 2026
21 Avqust 2026
19 Avqust 2026