Azərbaycanın İspaniyaya ixrac etdiyi neftdən qazancı artıb

10:11 - 30.03.2023


30 mart, Fineko/abc.az. Azərbaycan bu ilin yanvar-fevral aylarında İspaniyaya 273,8 milyon dollar dəyərində 425,8 min ton neft ixrac edib.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü müqayisədə həcm baxımından 3,2 dəfə, dəyər baxımından isə 3,6 dəfə çoxdur.