09:26 - 30.03.2023
30 mart, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri cümə axşamı keçirilən hərracda azalmağa davam edir.
İyunun Brent markalı neft fyuçerslərinin dəyəri saat 09:22-də Londonun ICE Futures birjasında $0,24 (0,31%) azalaraq bir barelə $77,35-a düşüb. Martın 29-da Brent markalı neftin iyun fyuçersləri $0,55 (0,70%) ucuzlaşaraq bir barelə $77,59-a düşüb.
Saat 09:22-də Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin may fyuçerslərinin qiyməti $0,17 (0,23%) azalaraq bir barelə $72,80-a düşüb. Martın 29-da keçirilən hərracların nəticələrinə görə, WTI neftinin may fyuçerslərinin qiyməti $0,23 (0,31%) azalaraq bir barelə $72,97-a düşüb.