10:46 - 16.03.2023
16 mart, Fineko/abc.az. Son günlər hamının “ferma yumurtası” dediyi broyler yumurtasının qiyməti 18-19 qəpikdən 25 qəpiyə yüksəlib.
ABC.AZ Bizim.media-ya istinadən xəbər verir ki, kənd yumurtasının topdansatış qiyməti 30-35 qəpik, pərakəndə satışı isə 40 qəpikdir.
Amma mövsüm olaraq toyuqların yumurtladığı dövrdür. Bəs hansı səbəbdən bahalaşma indi baş verib?
İqtisadçı ekspert Fuad İbrahimov yumurtanın qiymətinin artmasını inhisarçılıq amili ilə əlaqələndirib:
“Yumurtanın bahalaşmasında heç bir iqtisadi amil yoxdur. Son illər elektrik enerjisi, su təchizatı, nəqliyyat vasitələri və dizel yanacağının qiymətində kifayət qədər artım baş verib. Bu fonda bəzi digər məhsullar kimi, yumurtanın da qiymətində artımın olması başadüşüləndir. Ancaq bu heç də o anlama gəlmir ki, yumurtanın qiyməti son 15 ildə iki dəfəyə qədər bahalaşsın. 2007-ci ildən üzü bəri yumurtanın qiyməti iki dəfədən də çox artıb. Bu isə anormal haldır və belə vəziyyətin yaranması birmənalı şəkildə inhisarçılıqla bağlıdır. Yumurta istehsalı tənzimlənmir. Bunun üçün dövlət orqanları müdaxilə etməli, bazar araşdırmaları aparmalı, səbəblər öyrənilməlidir”.
21 Avqust 2026
19 Avqust 2026