Azərbaycanda “McDonald’s”ların sayı artırılır

10:33 - 14.03.2023


14 mart, Fineko/abc.az. Azərbaycanda “McDonald’s” restoranlarının sayı artırılır.

ABC.AZ xəbər verir ki, şəbəkənin ölkəmizdə 23-cü restoranı Sumqayıtda dənizkənarı bulvar ərazisində istifadəyə veriləcək.

''McDonald's Azerbaijan'' QSC-də Əməliyyatlar və Satış Direktor Cihan Bıçakçı bildirib:

"Sumqayıt biz hazırıq! Dəniz mənzərəli McDonald’s və McCafe-dən həzz almaq tezliklə Sumqayıtda "Göyerçin Bulvarı"nda! Bulvar gəzintilərində McDonald's-ın ləzzətli dadları ilə baharın dadını çıxarmağa hazır olun".

Qeyd edək ki, yeni açılacaq şöbə McDonald’s-ın Sumqayıtda 2-ci restoranı olacaqdır.

Xatırladaq ki. ölkəmizdə 22-ci McDonald’s restoranı bir neçə gün əvvəl Bakıda Zığ yolu 4 ünvanında yerləşən “Blue Residence” yaşayış kompleksində istifadəyə verilib.