ABŞ-ın Rusiyaya ixracı tarixin ən minimumuna enib

15:46 - 13.03.2023


13 mart, Fineko/abc.az. ABŞ mallarının Rusiyaya ixracı bu ilin yanvarında 44,6 milyon dollar təşkil edib.

ABC.AZ xəbər verir ki, bu barədə ABŞ İqtisadi Təhlil Bürosunun məlumatında deyilir. Qeyd edilib ki, bu da son 30 ilin ən aşağı səviyyəsidir.

Məlumata görə, ABŞ-ın Rusiyaya qarşı sanksiyaları fonunda iki ölkə arasında ticarət həcmi azalır. Hesabat dövründə ABŞ-ın Rusiyadan idxalı 508,6 milyon dollar olub. Halbuki, bu göstərici ötən ilin eyni ayında 1,96 milyard dollar olub.

Müəllif: Elmir Murad