Çin neft və təbii qaz idxalını azaldıb

14:37 - 7.03.2023


7 mart, Fineko/abc.az. Çin 2023-cü ilin yanvar-fevral aylarında təbii qaz və neft idxalının həcmini müvafiq olaraq 9,4% və 1,3% azaldıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Gömrük İdarəsi məlumat yayıb.

Bildirilib ki, sözügedən dövrdə Çin 84,06 mln. ton neft idxal edib. Qiymət baxımından xaricdən xam neftin alınması ölkəyə 49,51 mlrd. dollara başa gəlib. Bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 5,3% azdır.

2023-cü ilin ilk iki ayında Çin 11,96 mlrd. dollar (qiymət ifadəsində 9,2% azalma) dəyərində 17,92 milyon ton təşkil edib təbii qaz idxal edib.