SOCAR Novxanıda yeni yanacaqdoldurma stansiyasını istifadəyə verib

16:46 - 6.03.2023


6 mart, Fineko/abc.az. SOCAR brendli yeni yanacaqdoldurma stansiyası (YDS) istifadəyə verilib.

Şirkətdən ABC.AZ-a bildirilib ki, “Aİ-92”, “Aİ-95” Premium və “Dizel” markalı yanacaq məhsullarının satışının həyata keçirildiyi və nağdsız ödənişlər üçün pos-terminalların fəaliyyət göstərdiyi stansiya Abşeron rayonu, Novxanı kəndində yerləşir.

“SOCAR Petroleum” QSC tərəfindən istifadəyə verilən YDS-də 20 yeni iş yeri açılıb.

Yeni açılan YDS ilə birlikdə 5-i işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında olmaqla, ölkə ərazisində SOCAR brendli YDS-lərin sayı 46-ya çatdırılıb.