Gürcüstan da PUA istehsal edəcək

17:27 - 3.03.2023


3 mart, Fineko/abc.az. 2023-cü ilin yayından başlayaraq Gürcüstan hər il 1000-dən 1500-ə qədər kəşfiyyat və döyüş PUA-ları istehsal edəcək.

ABC.AZ xəbər verir ki, bunu ölkənin müdafiə naziri Cuanşer Burçuladze deyib.

Nazir qeyd edib ki, ilk kəşfiyyat və döyüş PUA-ları artıq Baş nazir İrakli Qaribaşvilinin iştirakı ilə istehsal edilib və sınaqdan keçirilib.

Qeyd edək ki, dronlar Tiflis yaxınlığında Gürcüstan-Polşa birgə müəssisəsində istehsal olunur. Zavodun tikintisi ötən ilin dekabrında başa çatıb. Müəssisənin sahibi 2022-ci ildə Gürcüstanın “Delta” şirkəti və Polşanın “WB Electronics S.A” şirkəti tərəfindən təsis edilmiş “Delta-WB” şirkətidir.