Gələcəkdə kredit ödənmədikdə avtomobil özü salona qayıdacaq – “Ford”dan YENİLİK

10:42 - 2.03.2023


2 mart, Fineko/abc.az. “Ford” korporasiyası inqilabi yenilik üzərində çalşır. Belə ki, korporasiya gələcəkdə avtonom avtomobillərin sahiblərinin krediti ödəmədiyi halda nəqliyyat vasitələrinin özbaşına avtosalona qayıtmasına imkan verəcək sistemi patentləşdirmək niyyətindədir.

ABC.AZ xəbər verir ki, bu barədə məlumat “The Times” qəzetində dərc edilib.

Məqalədə qeyd olunub ki, şirkət avtomobil krediti və ya nəqliyyat vasitəsinin lizinq müqaviləsi üzrə ödəniş etməyən sürücünün həyatını mümkün qədər narahat etməyi planlaşdırır.

“Çoxaddımlı saxlama proseduru” çərçivəsində avtomobil öz bilgi-əyləncə sistemi vasitəsilə sürücüyə ödənilməmiş balansın ödənilməsini tələb edən siqnallar göndərəcək. Növbəti mərhələdə avtomobil “müəyyən səviyyədə narahatlıq yaratmaq” üçün peyk naviqasiya sistemi, dinamikləri, kondisionerlərini söndürməsi planlaşdırılır.

Şirkətin açıqlamasında bildirilib ki, əgər avtomobilin sahibi bu tədbirlərə məhəl qoymasa, o zaman o, sükan arxasına keçəndə səs sistemi işə düşəcək və bu, “aramsız və xoşagəlməz səs”, - çıxarmağa başlayacaq.