15:08 - 1.03.2023
1 mart, Fineko/abc.az. Rusiyanın "Avtovaz" şirkəti bir sıra modellərinin, o cümlədən Azərbaycanda da populyar olan "Niva"ların qiymətini artırıb.
ABC.AZ xəbər verir ki, müəssisənin açıqlamasına görə, bahalaşma həm "Lada Niva Travel", həm də klassik model olan "Niva Legend"i əhatə edir.
"Lada Niva Travel"in qiyməti 1 milyon rublu keçib və artıq minimum qiymət 1014 min rubldur - bu təqribən 1300 dollar və ya 23 min manatdır. Bu modelin daha bahalı variantının qiyməti isə 1 236 min rubl və ya 28 min manatı keçib.
Azərbaycanda daha geniş yayılan variant "Niva Legend" isə 2,5-2,6% bahalaşaraq 822-902 min rubla – 11-12 min dollara çatıb.
21 Avqust 2026
21 Avqust 2026
19 Avqust 2026