10:50 - 1.03.2023
1 mart, Fineko/abc.az. Tarif (qiymət) Şurasının fevralın 28-də növbəti iclası keçirilib və müvafiq qərar qəbul edilib.
Şuranın Katibliyindən ABC.AZ-a bildirilib ki, iclasda yeni dövlət qeydiyyatına alınan 50 dərman vasitəsinin qiyməti təsdiq edilmiş və etibarlı təchizatın təmin olunması məqsədilə Səhiyyə Nazirliyindən müvafiq rəy alınmış 32 dərman vasitəsinin qiymətində dəyişikliklər olunub.
Qərarla Tarif (qiymət) Şurasının rəsmi saytının (www.tariff.gov.az) “Şuranın qərarları” bölməsində tanış olmaq olar.
21 Avqust 2026
21 Avqust 2026
19 Avqust 2026