14:27 - 28.02.2023
28 fevral, Fineko/abc.az. Bildiyiniz kimi, “İxrac icmalı”nın fevral sayı dərc olunub.
ABC.AZ-ın məlumatına görə, bu ilin yanvar ayı üçün ixrac əməliyyatlarında iştirak edən şirkətlərin siyahısı açıqlanıb.
Sözügedən siyahıda qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin cədvəlində birinci yerdə “Azərenerji” ATSC qərarlaşıb.
Daha sonra bu siyahıda yer alan şirkətlər ARDNŞ-nın “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi”, “Socar Polymer” MMC, “Azəralüminium” MMC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” QSC, “Şəki Şərab” MMC, “İqlim Elmi-İstehsalat Müəssisəsi” MMC, “Azəri M-İ Drilling Fluids” MMC, “Səngəcal Elektrik Stansiyası” MMC-dir.
21 Avqust 2026
21 Avqust 2026
19 Avqust 2026