IKEA-nın analoqu Rusiyada 50 mağaza aça bilər

10:57 - 27.02.2023


27 fevral, Fineko/abc.az. IKEA-nın Belarus analoqu - istehsalçı "Swed House" 2023-cü ildə Moskvada 10 mağaza aça bilər.

ABC.AZ xəbər verir ki, bunu Ticarət Mərkəzləri İttifaqının rəhbəri Bulat Şakirov məlumat verib.

“Bizim birliyimiz 2023-cü ildə Moskvada 1000 kv.m-ə qədər sahəsi olan 10 mağaza açmaq üçün IKEA-ya bənzər məhsullar istehsal edən Swed House ilə əməkdaşlıq müqaviləsi imzalayıb”, - deyə o əlavə edib.

Yaxın illərdə bütün Rusiyada 50-yə qədər mağaza açılması planlaşdırılır.