Kredit təşkilatlarının müraciətlərinə baxılması qaydasında dəyişiklik edilib

10:34 - 23.02.2023


23 fevral, Fineko/abc.az. Dövlət Gömrük Komitəsinin apardığı reyestrə daxil olmaq üçün banklar və bank olmayan kredit təşkilatlarının müraciətlərinə baxılması qaydasında dəyişiklik edilib.

ABC.AZ xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Cari ilin 18 fevral qərarına əsasən gömrük borcunun ödənilməsinə təminat növü olan bank qarantiyalarının tətbiqi sahəsindəki mövcud çətinliklər aradan qaldırılacaq.