Bərpa olunan enerji mənbələri ilə bağlı yeni xəbər – Cabbarov açıqladı

11:42 - 21.02.2023


21 fevral, Fineko/abc.az. Azərbaycan hökuməti 2030-cu ilə qədər ölkənin enerji sistemində bərpa olunan enerji mənbələrinin payını 30%-ə çatdırmağı hədəfləyir.

ABC.AZ xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb.

O vurğulayıb ki, bu sahədə görülən işlər çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Masdar" və Səudiyyə Ərəbistanının "AcwaPower" şirkətləri ilə layihələr artıq həyata keçirilir.