Bakı-Supsa kəməri ilə neft göndərilməsi bərpa ediləcək

15:29 - 17.02.2023


17 fevral, Fineko/abc.az. BP şirkəti Gürcüstanın Qara dənizdəki Supsa limanından neftin göndərilməsini bərpa edəcək.

ABC.AZ xəbər verir ki, bu barədə BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Counz brifinqdə bildirib.

O, bildirib ki, Türkiyədə baş vermiş zəlzələdən sonra alternativ olaraq Bakı-Supsa neft boru kəməri ilə göndərilməsinə də imkan yaranıb: "Artlıq Supsa limanına 2 tanker neft tədarük edilib”.

Q.Counz qeyd edib ki, hava şəraitindən asıllı olaraq bu neft həcmlərinin dünya bazarlarına göndərilməsi həyata keçiriləcək.