"Şahdəniz" yatağında qaz ehtiyatlarını aşkarlamaq daha ucuz başa gələcək

14:59 - 17.02.2023


17 fevral, Fineko/abc.az. "Şahdəniz" yatağında qazılan axtarış quyusunun qazılması nəticəsində əhəmiyyətli qaz həcmləri aşkarlansa, gələcəkdə yataqda hasilatın təbii azalması nəticəsində yaranan boşluğu doldurmaq daha yüngül olacaq.

ABC.AZ xəbər verir ki, bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Conz 2022-ci ilin nəticələrinə həsr olunmuş tədbirdə jurnalistlərə bildirib.

O, bildirib ki, hazırda konkret həcmlər barədə danışmaq olmaz, bu, axtarış quyusunun qazılmasının nəticələri bəlli olacaq. Qəri Conz onu da əlavə edib ki, əhəmiyyətli qaz ehtiyatlarının aşkarlandığı halda, mövcud olan infrastruktur bu həcmləri daha ucuz hasil etməyə imkan verəcək.