11:57 - 17.02.2023
17 fevral, Fineko/abc.az. Rusiyada "Rosfinmonitorinq"dən (Rusiya Federasiyasının Federal Maliyyə Monitorinqi Xidməti) "Roshen" və "Konti" şirniyyatlarının, həmçinin "Nemiroff", "Первак", "Мороша" и "Хортица" araqlarının yoxlanılması və satışının qadağan edilməsi xahiş olunub, çünki bu ticarət nişanları Ukrayna vətəndaşlarına məxsusdur.
ABC.AZ Rusiya mətbuatına istinadən xəbər verir ki, Xidmətə müvafiq sorğu "Ədalətli Rusiya - Həqiqət naminə" fraksiyasının rəhbərinin birinci müavini Dmitri Qusevdən daxil olub.
Deputat müraciətinə bu məhsulların hansı şəbəklərdə satıldığını da əlavə edib. Onun sözlərinə görə, malları "Wildberries" və "Ozon" mağazalarından, eləcə də bir çox mağazalar şəbəkəsindən almaq olar.
"Bundan əlavə, məhsulların satışından əldə olunan gəlirlər Ukrayna ordusunun maliyyələşdirilməsinə sərf olunur", - deputat əlavə edib.
21 Avqust 2026
21 Avqust 2026
19 Avqust 2026