16:23 - 15.02.2023
15 fevral, Fineko/abc.az. Azərbaycanla Hindistan arasında ötən il ticarət dövriyyəsi 1 milyard 882 milyon dollar dəyərində olub.
ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 1,14 milyard dollar və ya 2,5 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Hindistandan 219 milyon 448 min dollar dəyərində məhsul idxal edib. Azərbaycanın bu ölkəyə ixracı isə 1 milyard 662 milyon dollar dəyərində olub.
Əlavə edək ki, 2021-ci ildə Azərbaycanla Hindistan arasında ticarət dövriyyəsinin dəyəri 739 milyon 102 min dollar təşkil edib.
21 Avqust 2026
21 Avqust 2026
19 Avqust 2026