Dekabrda ən çox bahalaşan məhsullar - SİYAHI

15:33 - 17.01.2023


17 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Dövlət Statistika Komitəsi ötən ilin inflyasiyası ilə bağlı detalları açıqlayıb.

ABC.AZ xəbər verir ki, ötən ilin dekabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma manna yarmasının, düyünün, makaron məmulatlarının, peçenyenin, toyuq ətinin, təzə və dondurulmuş balığın, südün, pendirin, kəsmiyin, yumurtanın, qarğıdalı yağının, bananın, almanın, armudun, narın, qozun, fındığın, xiyarın, pomidorun, balqabağın, kartofun, soğanın, sarımsağın, yerkökünün, çuğundurun, şəkərin, konfetlərin, çayın, limonadın, meyvə şirəsinin, pivənin, ucuzlaşma isə əsasən portağalın, naringinin, limonun, xurmanın, kivinin, kələmin qiymətlərində müşahidə edilib.