Ölkə üzrə neft hasilatının 20,4 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin payına düşür

16:28 - 13.01.2023


13 yanvar, Fineko/abc.az. “Azəri-Çıraq-Günəşli”dən indiyədək 203,4 milyard kubmetr, “Şahdəniz”dən isə 182,8 milyard kubmetrə yaxın qaz hasil edilib.

ABC.AZ Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 128 milyard kubmetrə yaxın həcmi ixraca nəql olunub.

2022-ci ilin yanvar-dekabr aylarında ölkədə 32,6 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

Respublika üzrə neft hasilatının 20,4 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 4,4 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 7,8 milyon ton təşkil edib.