09:53 - 12.01.2023
12 yanvar, Fineko/abc.az. Əvvəlki sessiyanın nəticələrinə görə inamlı yüksəlişdən sonra cümə axşamı keçirilən tenderdə neftin etalon markalarının qiyməti yüksəlir.
London ICE Futures birjasında Brent markalı mart neft fyuçerslərinin dəyəri saar 09: 50-də $0,16 (0,19%) artaraq bir barelə $82,83-a yüksəldi. Yanvarın 11-də Brent markalı neftin mart ayı üçün fyuçersləri $2,57 (3,21%) artaraq birə $82,67-a çatıb.
Saat 09: 50-də Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin fevral ayı üçün fyuçerslərinin qiyməti $0,15 (0,19%) artaraq bir barelə $77,56-a yüksəldi. 11 yanvar ticarətinin nəticələrinə görə, WTI neftinin fevral fyuçerslərinin dəyəri bir barelə $2,29 (3,05%) artaraq $77,41-a çatdı.