10:18 - 6.01.2023
6 yanvar, Fineko/abc.az. "Alibaba Group Holding"in prezidenti Maykl Evans şirkətin Türkiyədəki layihələrə investisiya yatırmaq və Avropa bazarlarında fəaliyyətini bu ölkədən idarə etmək planlarını açıqlayıb.
ABC.AZ xəbər verir ki, bu barədə “Dünya” qəzeti məlumat yayıb.
Evans Ankarada Türkiyənin vitse-prezidenti Fuat Oktay tərəfindən qəbul edilib. Görüşdə Türkiyənin ən böyük elektron ticarət platformalarından biri olan Trendyol Qrupunun rəhbəri Çağlayan Çətin də iştirak edib.
Alibaba Qrupunun prezidenti bildirib ki, onun şirkəti Türkiyədə bir neçə böyük investisiya layihəsi planlaşdırır. Xüsusilə, söhbət Ankarada bulud hesablama şirkətlərinə investisiyalardan, həmçinin İstanbulda logistika layihələrinə investisiyalardan gedir.
17 Avqust 2026
15 Avqust 2026