10:22 - 5.01.2023
5 yanvar, Fineko/abc.az. Türkiyə Azərbaycanla birlikdə TANAP-ı yaratdı. Həm Azərbaycan tərəfi, həm də biz işimizi davam etdiririk.
ABC.AZ xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın deyib.
“TANAP-ın tutumu ikiqat artacaq. Rusiya-Ukrayna müharibəsi bitəndə bu infrastruktur sərmayələri bizə qayıdacaq. Ən əsası Qara dənizdə özümüzün təbii qazımızı tapdıq. Bəlkə Aralıq dənizində də tapacağıq. Oradakı ehtiyat Türkiyəni enerji bazarında çox fərqli bir nöqtəyə aparacaq”, - Ərdoğanın sözçüsü əlavə edib.