Türkiyədə bayram günləri avtobuslar pulsuz olacaq

17:09 - 29.12.2022


29 dekabr, Fineko/abc.az. Yeni il günü Türkiyənin 3 böyük şəhərində – Ankara, İstanbul və İzmir şəhərlərində nəqliyyat pulsuz olacaq.

ABC.AZ Modern-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə dərc edilən qərarda bildirilib.

Yanvarın 1-i saat 00.00-da başlayacaq pulsuz daşıma xidməti yanvarın 2-si saat 00.00-a qədər 24 saat ərzində pulsuz fəaliyyət göstərəcək.