Neft ucuzlaşır, Brent bir barelə $83,59 təşkil edir

09:31 - 29.12.2022


29 dekabr, Fineko/abc.az. Neftin etalon markalının qiyməti ötən sessiyanın nəticələrinə görə azaldıqdan sonra cümə axşamı ticarətində düşməyə davam edir.

London ICE Futures birjasında Brent markalı neftin mart fyuçerslərinin dəyəri saat 09:25-də  $0,40  (0,48%) azalaraq bir barelə $83,59-a düşüb. Dekabrın 28-də Brent markalı neftin mart fyuçersləri $0,69 (0,82%) ucuzlaşaraq bir barel üçün 83,99-a düşüb.

Saat 09:25-də Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin fevral fyuçerslərinin qiyməti $0,31 (0,39%) azalaraq bir barel üçün $78,65-a düşüb. Dekabrın 28-də keçirilən hərracların nəticələrinə görə, WTI neftinin fevral fyuçerslərinin dəyəri $0,57 (0,72%) azalaraq bir barel üçün $78,96-a düşüb.