09:30 - 26.12.2022
26 dekabr, Fineko/abc.az. İstirahət günü ilə əlaqədar neft ticarəti aparılmır.
Dekabrın 23-də Brent markalı neftin fevral ayı üçün fyuçersləri bir barelə $2,94 (3,63%) artaraq $83,92-a çatıb.
Dekabrın 23-də keçirilən hərracların nəticələrinə görə, WTI neftinin fevral fyuçerslərinin dəyəri $2,07 (2,67%) artaraq bir barelə $79,56-a çatıb.
Ötən həftə Brent markalı neft 6,17%, WTI isə 6,85% bahalaşıb.