Rumıniya Azərbaycandan nə qədər qaz alacaq?

15:03 - 20.12.2022


20 dekabr, Fineko/abc.az. Rumıniyanın “Romgaz S.A.” şirkəti 2023-cü ilin birinci rübündə təxminən 300 milyon kubmetr Azərbaycan qazı alacaq.

ABC.AZ İnterfax-a istinadən xəbər verir ki, ldiyi kimi, dekabrın 16-da SOCAR ilə Rumıniyanın “Romgaz S.A.” şirkəti arasında 2023-cü ildən etibarən Azərbaycan qazının tədarükünə dair müqavilə imzalanıb.

“İmzalanmış qısamüddətli spot müqavilə 2025-cü il yanvarın 1-dən aprelin 1-dək SOCAR trəfindən 300 milyon kubmetrədək tədarükü nəzərdə tutur”, - “İnterfaks-Azərbaycan” ICIS-a (Independent Commodity Intelligence Services) istinadən məlumat verir.