Azərbaycanda bu qədər işsiz var

14:58 - 19.12.2022


19 dekabr, Fineko/abc.az. Azərbaycanda işsizlərin sayı məlum olub.

Dövlət Statistika Komitəsindən (DSK) ABC.AZ-a məlumatlarına görə, 2022-ci il dekabrın 1-i vəziyyətinə ölkədə iqtisadi fəal əhalinin sayı 5 milyon 356,1 min nəfər olub.

Onlardan 5 milyon 054,6 min nəfəri məşğul əhali olub.

Başqa sözlə, rəsmi rəqəmlərə görə, hazırda ölkədə 301,5 min nəfər işsiz var.