Azərbaycan və Yaponiya turizm sahəsində əməkdaşlıq edəcək - Memorandum imzalanıb

16:03 - 13.12.2022


13 dekabr, Fineko/abc.az. Dekabrın 13-də Yaponiyanın Nara şəhərində Dövlət Turizm Agentliyi ilə Yaponiya Turizm Agentliyi arasında “Turizm sahəsində Əməkdaşlıq üzrə Anlaşma Memorandumu” imzalanıb.

ABC.AZ xəbər verir ki, Anlaşma Memorandumunda iki ölkənin vətəndaşları arasında dostluq əlaqələrinin gücləndirilməsi, eləcə də iki ölkənin turizm qurumları arasında əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb.

Həmçinin memoranduma əsasən turizm məhsullarının təbliğatı sahəsində hər iki tərəf turizm sahəsində təcrübə və məlumat mübadiləsinin, həmçinin təbliğat materiallarının mübadiləsinin aparılması, turizm ekspertləri arasında kommunikasiyanın gücləndirilməsi, turizm agentliklərinin və turizm xidmətləri təminatçılarının beynəlxalq turizm sərgiləri və digər tədbirlərdə qarşılıqlı iştirakının dəstəklənməsi, Ümumdünya Turizm Təşkilatı çərçivəsində əməkdaşlığın davam etdirilməsi kimi məsələlərdə razılığa gəliblər.

Müəllif: Elmir Murad