Azərbaycanda geyim, borular, avtomobil hissələri və dərmanlar bahalaşıb - SİYAHI

14:35 - 12.12.2022


12 dekabr, Fineko/abc.az.  Xəbər verdiyimiz kimi, Dövlət Statistika Komitəsi yanvar-noyabr aylarında ölkədə rəsmi inflyasiya göstəricisini açıqlayıb.

ABC.AZ xəbər verir ki, komitənin məlumatına görə, qeyri-ərzaq məhsullarının qiyməti noyabrda 1,6%, yanvar-noyabr dövründə ötən illə mqayisədə 8,3%, noyabr ayının ötən ilin noyabrla müqayisəsində isə 12,1% bahalaşıb. 

DSK-nın məlumatına görə, noyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı qeyri-ərzaq məhsullarından daha çox bahalaşma geyimin, ayaqqabıların, polietilen su və kanalizasiya borularının, paltaryuyan maşınların, soyuducuların, minik avtomobilləri üçün ehtiyat hissələrinin, dərman vasitələrindən validol və yodun qiymətində müşahidə edilib. Bu dövrdə ucuzlaşma isə əsasən kəsilmiş taxtaların və sementin qiymətlərində qeydə alınıb. 

“Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir”-deyə DSK bildirib.