Bu ölkədə bütün "McDonald's"lar bağlanır

16:29 - 17.11.2022


17 noyabr, Fineko/abc.az. Təchizatdakı məhdudiyyətlər səbəbindən Qazaxıstandakı bütün McDonald's restoranlarının fəaliyyəti cümə günündən etibarən müvəqqəti olaraq dayandırılır.

ABC.AZ xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətindən bildirilib.

"Qazaxıstandakı McDonald's (Food Solutions KZ LLP) yerli təchizat məhdudiyyətləri səbəbindən noyabrın 18-dən etibarən bütün restoranlarını fəaliyyətini müvəqqəti olaraq dayandırır. Şirkət mümkün qədər tez işi bərpa etmək üçün bütün səyləri göstərir", - məlumatda deyilir.