Son 10 ayda istehlakçılar 22 milyard manatlıq ərzaq alıb - Hesabat

10:42 - 15.11.2022


15 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 40,4 milyard manatlıq, o cümlədən 22,7 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları satılıb.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a bildirilib ki, 2021-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,2 faiz artıb.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 401,5 manatlıq, o cümlədən 225,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları alıb.