14:13 - 14.11.2022
14 noyabr, Fineko/abc.az. Bakı Limanının ərazisində inşa olunan gübrə terminalının gələn ilin əvvəlində istifadəyə verilməsi gözlənilir.
ABC.AZ xəbər verir ki, bunu "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC -nin Ümumi Yük Terminalının rəisi Kamran Cəlili bildirib.
Onun sözlərinə görə, terminalda ildə 300 milyon ton, saatda isə 600 ton yük aşırılacaq.
"Burada saatda əlavə olaraq 6 min ton səpgili yük aşırmaq da mümkün olacaq", - liman rəsmisi qeyd edib.
K.Cəlilinin sözlərinə görə, limana Orta Asiya ölkələrindən, o cümlədən Qazaxıstan və Türkmənistandan kükürd, korbamid, ammonium-nitrat gübrələrinin gətirilməsi planlaşdırılır.
21 Avqust 2026
19 Avqust 2026