12:31 - 11.11.2022
11 noyabr, Fineko/abc.az. Bu ilin on ayında operativ məlumatlara görə, Azərbaycanda hasil edilmiş 27,2 milyon ton neftin 21,9 milyon tonu ixraca nəql edilib.
ABC.AZ xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov öz “Twitter” hesabında yazıb.
Nazir qeyd edib ki, ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 % artımla hasil edilmiş 38,4 milyard kubmetr qazın 18,2 milyard kubmetr ixrac olunub.