Türkiyə və Əlcəzair neft və qaz kəşfiyyatı şirkəti qurur

12:17 - 11.11.2022


11 noyabr, Fineko/abc.az. Türkiyə Enerji və Təbii Sərvətlər Naziri Fatih Dönmez Türkiyə və Əlcəzairin başda Əlcəzair olmaqla bölgə ölkələrində fəaliyyət göstərəcək müştərək neft və təbii qaz kəşfiyyatı şirkəti quracağını açıqlayıb.

ABC.AZ türk mediasına istinadla xəbər verir ki, nazir Dönmez Əlcəzairdə keçirilən İnvestisiya Konfransında Türkiyədə və xüsusilə Əlcəzairdə iş və investisiya imkanları ilə bağlı fikirlərini təqdim etdiyini bildirib.

Türkiyə ilə Əlcəzairin ortaq neft və təbii qaz kəşfiyyatı şirkəti quracağını vurğulayan nazir Dönmez Əlcəzairin milli neft-qaz şirkəti Sonatrach ilə Turkish Petroleum (TP) arasında ortaq şirkətin yaradılması ilə bağlı konsensusa nail olduqlarını və onlar öz neft və qaz kəşfiyyatı fəaliyyətlərini birgə həyata keçiridiklərini qeyd edib.