"Qəsr" restoranı qaydaları belə pozur - Detallar

10:26 - 10.11.2022


10 noyabr, Fineko/abc.az. Bakıda “Qəsr” restoranında müştərilərə ovlanmasına icazə verilməyən maral və oxatan kirpi ətindən yeməklər təklif olunur.

ABC.AZ xəbər verir ki, bu barədə elanı restoran öz sosial şəbəkə hesabında paylaşıb.

Belə ki, videoelanda restoranın aşbazı hazırladıqları yeməkləri təqdim edərkən, maral və oxatan ətindən hazırlanmış yeməklərin də adını çəkir.