11:51 - 4.11.2022
4 noyabr, Fineko/abc.az. Qaradağda Külək Elektrik Stansiyasının inşası ilə bağlı Anlaşma Memorandumu imzalanıb.
ABC.AZ xəbər verir ki, bu barədə məlumatı iqtisadiyyat naziri Mikayıl Cabbarov verib.
Nazir bildirib ki, “Azərbaycan İnvestisiya Şirkəti ASC, “Caspian HDG” MMC və İspaniyanın alternativ və bərpa olunan enerji sahəsində ixtisaslaşmış “Elecnor” şirkəti arasında Qaradağ Külək Elektrik Stansiyası layihəsinin həyata keçirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.