Türkiyə Rusiyaya ixracda Almaniyanı geridə qoydu

15:18 - 1.11.2022


1 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi sentyabr ayında Türkiyədən Rusiyaya mal tədarükünün həcmi pul ifadəsində aylıq rekordu yeniləyərək 1,15 milyard dollara çatıb.

ABC.AZ xəbər verir ki, Türkiyənin İxracda bu qədər artımdan sonra Türkiyə Rusiyaya ixracın həcminə görə, Almaniyaya çatıb.

May-avqust aylarında Almaniyanın Rusiyaya ixracı 1,1-1,2 milyard dollar səviyyəsində sabitləşib.

Ankara Almaniyanı keçərsə, Rusiyaya mal ixrac edən üçüncü ölkə olacaq. Birinci və ikinci yerləri Çin və Belarus tutur.