Türkiyənin Rusiyaya ixracı rekord həddə çatıb

15:03 - 1.11.2022


1 noyabr, Fineko/abc.az. Bu ilin sentyabr ayında Türkiyədən Rusiyaya mal tədarükünün həcmi pul ifadəsində aylıq rekordu yeniləyərək 1,15 milyard dollara çatıb.

ABC.AZ xəbər verir ki, bu barədə Türkiyənin rəsmi Statistika İnstitutu məlumat yayıb. Qeyd olunub ki, bu, avqust ayı ilə müqayisədə (948 milyon dollar) 21%, 2021-ci ilin sentyabrında isə (504 milyon dollar) isə 2,3 dəfə çoxdur.

Ümumilikdə Türkiyənin Rusiyaya ixracının həcmi fevralda Qərbin Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməsindən əvvəlki rəqəmlərlə müqayisədə təqribən 2,4 dəfə artıb (2021-ci ildə Türkiyənin Rusiyaya ixracı orta hesabla ayda 481 milyon dollar təşkil edib).

Qeyd edək ki, Türkiyə Rusiya Federasiyasına qarşı sanksiyalara qoşulmayan yeganə NATO ölkəsidir.